Gürcüstan və Almaniya hökumətləri arasında maliyyə əməkdaşlığına dair razılaşma imzalanıb
Gürcüstanın maliyyə naziri Laşa Xutişvili və Almaniya Federativ Respublikasının Gürcüstandakı səfiri Hubert Knirş
Gürcüstan hökuməti ilə Almaniya Federativ Respublikası hökuməti arasında maliyyə əməkdaşlığı haqqında razılaşma imzalayıblar.
İmzalanma mərasimindən əvvəl çıxışlarında Gürcüstan və Almaniya arasında əməkdaşlığın əhəmiyyətindən danışıblar.
Almaniya Federativ Respublikasının İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin Cənubi Qafqaz və Şərqi Avropa şöbəsinin rəhbəri Santiaqo Alonso Rodriquez və Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava iki ölkə arasında uğurlu tərəfdaşlığın əhəmiyyətini qeyd ediblər.
Bu gün imzalanan sənəd “Biomüxtəliflik və davamlı yerli inkişaf – Gürcüstan” layihəsi üçün Almaniyadan Gürcüstana 5,2 milyon avro məbləğində əlavə qrant verilməsini nəzərdə tutan çərçivə sazişidir. Layihə üçün ayrılan qrantın ümumi məbləği 23,7 milyon avro təşkil edir.
Maliyyə naziri Laşa Xutsişvili Gürcüstanda mühüm layihələrin maliyyələşdirilməsində, eləcə də Avropa ilə əlaqələrin dərinləşdirilməsində Almaniya Federativ Respublikası Hökumətinin göstərdiyi dəstəyə görə Almaniya Federativ Respublikasının səfirinə bir daha təşəkkür edib.
Tərəflər Gürcüstanın inkişafının əsas tərəfdaşı kimi Almaniya ilə gələcək əməkdaşlığın bundan sonra da səmərəli olacağına və Almaniya Federativ Respublikası Hökuməti tərəfindən maliyyələşdirilən layihə və proqramların ölkənin mühüm sahələrinin inkişafı üçün istifadə ediləcəyinə ümidvar olduqlarını bildiriblər.
Məlumatı Gürcüstan Maliyyə Nazirliyinin mətbuat xidməti yayıb.