"Gürcüstan Ulduzunun" ikinci turunda Dimitri Kobeşavidze kənarlaşdı
“Gürcüstan Ulduzu” meqalayihənin ikinci layvşosunda bir müsabiqəçi kənarlaşdı. Autsayderlar arasına Dima Kobeşavidze və İkako Aleksidze düşdülər. Buradan ən az səsi Dima Kobeşavidze topladı və layihəni tərk etdi. Səslərin sayı ilə, lider Oto Nemsadzedir.
Avroviziyaya düşmək üçün mübarizəni bu gündən yeddi müsabiqəçi davam etdirəcək: Oto Nemsadze, Giorgi Nakaşidze, Nini Snobiladze, İkako Alekside, Tamar Laçğepiani, Liza Kalandadze və Giorgi Pruidze.
Səsvermə “feysbuk” vasitəsi ilə, pulsuz, 12 saatda bir dəfə mümkündür.
Səsvermə qaydaları:
Kompyuterlə, smartfonla və ya planşetlə “feysbuka” daxil olmalısınız, “Gürcüstan Ulduzu”-nun („საქართველოს ვარსკვლავი“) rəsmi səhifəsini tapmalısınız, “mesinceri” (messenger) açmalısınız və müsabiqəçilərin siyahısında favoritinizin ad va soyadını qeyd edərək “səsvermə” düyməsini seçməlisiniz və səsiniz qəbul olunacaq.
Favoritinizə verilmiş nömrəyə istənilən qədər zəng edə və sms göndərə bilərsiniz. Zəngin qiyməti 50 tetridir.