"Gürcüstan Ulduzunun" birinci turundan iki müsabiqəçi kənarlaşdı (video)
“Gürcüstan Ulduzunun” birinci turundan iki müsabiqəçi kənarlaşdı. Autsayderlər sırasına Beso Nemsadze, Mariyam Kaxelişvili və Nino Snobiladze düşdülər. Buradan ən az səs, Beso Nemsadze və Mariyam Kaxelişvili topladılar və layihəni tərk etdilər.
Mübarizəni bu gündən Oto Nemsadze, Giorgi Nakaşidze, Nini Tsnobiladze, İkako Aleksidze, Tamar Laçğepiani, Dima Kobeşavidze, Liza Kalandadze və Giorgi Pruidze davam etdircəklər.
Səsvermə Magti, Geocell və Beeline abonentləri üçün mümkündür. Həmçinin ilk dəfə, gürcü şouları tarixində, izləyici tamamilə pulsuz, feysbuk mesencer vasitəsi ilə, öz favoritini dəstkləyə bilər.
Səsvermə “feysbuk” vasitəsi ilə, 12 saatda bir dəfə mümkündür.
Səsvermə qaydaları:
Kompyuterlə, smartfonla və ya planşetlə “feysbuka” daxil olmalısınız, “Gürcüstan Ulduzu”-nun („საქართველოს ვარსკვლავი“) rəsmi səhifəsini tapmalısınız, “mesinceri” (messenger) açmalısınız və müsabiqəçilərin siyahısında favoritinizin ad va soyadını qeyd edərək “səsvermə” düyməsini seçməlisiniz və səsiniz qəbul olunacaq.
Favoritinizə verilmiş nömrəyə istənilən qədər zəng edə və sms göndərə bilərsiniz. Zəngin qiyməti 50 tetridir.
Birinci turda layihəni ən az səs toplayan iki müsabiqəçi tərk etdi.