Gürcüstan, Ukrayna və Moldovanın Parlament Aparatı Avropa Parlamentində gələcək əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib
Gürcüstan, Ukrayna və Moldovanın Parlament Aparatı Avropa Parlamentində gələcək əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib

 
Noyabrın 28-də Avropa Parlamentində keçirilən işgüzar görüşdə Gürcüstan, Ukrayna və Moldova parlament aparatının rəhbərləri və nümayəndə heyətinin üzvləri avropalı həmkarları ilə parlamentin rəqəmsal transformasiyasını müzakirə ediblər.

Avropa Parlamentinin Aparat rəhbəri Klaus Vele görüşün açılışını edərək demokratik təsisatların gücləndirilməsi yolunda Şərq Tərəfdaşlığı ölkələri ilə Avropa Parlamenti arasında sıx əməkdaşlığın vacibliyini vurğulayıb.

Gürcüstan Parlamentinin Aparat rəhbəri Ketevan Kvinikadze Avropa Parlamentinin Aparat rəhbəri və digər nümayəndələrlə gələcək əməkdaşlığın gücləndirilməsi barədə danışıb və Şərq Tərəfdaşlığına üzv ölkələrin aparat rəhbərləri şəbəkəsinin sədri kimi o, Avropa Parlamenti ilə regional əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüş Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Şərq Tərəfdaşlığı Ölkələrində Müasir və Güclü Parlament Aparatı” layihəsi və Avropa Parlamentinin birgə təşkilatçılığı ilə keçirilib.

Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.