Gürcüstan, Türkiyə və Azərbaycanın nazirləri Tbilisidə nəqliyyat, Orta dəhlizin inkişafı məsələsini müzakirə ediblər
Bu gün Tbilisidə keçirilən üçtərəfli görüşün əsas mövzusu Gürcüstan, Azərbaycan və Türkiyənin nəqliyyat dəhlizinin inkişafı və rəqabət qabiliyyətinin artırılması olub. Görüşdə Gürcüstanın vitse-baş naziri, İqtisadiyyat və Davamlı İnkişaf naziri, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat və Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur nazirləri iştirak ediblər.
Görüş iştirakçılarının da qeyd etdiyi üzrə, son zamanlarda inkişaf etmiş siyasi-iqtisadi hadisələr fonunda Asiya ilə Avropanı birləşdirən tranzit-nəqliyyat dəhlizinin əhəmiyyəti və onun inkişafı məsələsi getdikcə artır, o Şərq və Qərbi birləşdirən ən cəlbedici marşrutlardan birinə çevrilir.
“Türkiyə, Gürcüstan və Azərbaycanın tranzit, nəqliyyat və logistika sahəsində əməkdaşlığı çox vacibdir. Görüşdə orta və uzunmüddətli perspektivdə dəhlizin rəqabət qabiliyyətinə töhfə verəcək konkret qərarlar qəbul edilib. Biz cari, konkret problemləri müzakirə etdik, yük dövriyyəsini sürətləndirmək üçün həll yolları da qarşıya qoyuldu, bu da bizə Gürcüstan, Azərbaycan və Türkiyənin infrastrukturundan istifadə etməklə daha da çox yük daşımağa və nəhayət, real mövcud tranzit nəqliyyat marşrutlarına alternativ yaratmağa imkan verəcək “- deyə Gürcüstanın vitse baş naziri Levan Davitaşvili bildirib.
Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu üçtərəfli görüşün əhəmiyyətindən danışır.
O bildirib ki, ölkələrimizi birləşdirən nəqliyyat dəhlizləri nə qədər çox olsa, üç ölkə arasında dostluq əlaqələri bir o qədər möhkəm olar. O, hazırda bütün dünya üçün Orta Dəhlizin olduqca böyük əhəmiyyətə malik olduğunu və bundan irəli gələrək, həmçinin həm Orta Dəhlizin, həm də Çindən Londona davamlı nəqliyyat dəhlizinin inkişafının çox mühüm olduğunu bildirib.
“Buna, Bakı-Tbilisi-Qars dəmir yolu, İstanbuldakı Mərmərə keçidi kimi mövcud layihələr imkan yaradır və bu layihələr vasitəsilə Çindən gələn yüklərin davamlı olaraq Londona çatması mümkün olacaq. Bu, həm region, həm də bütün dünya üçün çox vacib layihədir, 800 milyardlıq ticarət həcmindən yararlanmalı, bu itirilməməli, digər nəqliyyat dəhlizləri üzrə bölünməməlidir. Bundan irəli gələrək, bu dəhliz çox vacibdir. Qeyd edilməlidir ki, biz yük daşımalarından danışırıq, lakin gələcəkdə yükdaşımalarla yanaşı, sərnişin daşımalarının da başlanması vacibdir” – Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri bildirib.
Görüşdə nazirlər mövcud vəziyyəti və gələcək inkişaf perspektivlərini və istiqamətlərini müzakirə edərək, Azərbaycan, Gürcüstan və Türkiyə arasında dəmir yolu maqistralı ilə daşımaların artırılmasını və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinin vaxtında başa çatdırılmasını nəzərdə tutan qərarlar qəbul ediblər.
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Orta Dəhlizə beynəlxalq marağın artmasından danışır.
Rəşad Nəbiyev, dünyadakı mövcud sərt geosiyasi vəziyyətlə əlaqədar Orta Dəhlizə olan tələbat və marağın artdığını bildirib.
“Ölkələrimiz – Azərbaycan, Türkiyə və Gürcüstan bu dəhlizin mühüm tərkib hissəsidir. Bu gün biz bu dəhlizin mühüm layihələrindən birini – Bakı-Tbilisi-Qars dəmir yolu xəttini müzakirə etmək üçün toplaşmışıq. Məqsədimiz tariflərin tənzimlənməsi, blok daşıyıcılarının birləşdirilməsi və tənzimləmələrin və fəaliyyətlərin sərhədlər boyunca sinxronlaşdırılması kimi məsələləri nəzərdən keçirməklə bu dəhlizin səmərəliliyini artırmaqdır”-deyə o qeyd edib.