Gürcüstan, Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin görüşü çərçivəsində Maka Boçorişvili Hakan Fidan ilə görüşüb
Gürcüstan, Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşü çərçivəsində Gürcüstanın Baş nazir müavini və xarici işlər naziri Maka Boçorişvili Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər Gürcüstan və Türkiyə arasında mövcud strateji tərəfdaşlığı və onun gələcəkdə daha da dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.
Bundan əlavə, iki ölkə arasında sektorlar üzrə əməkdaşlıq müsbət qiymətləndirilib.
Qurumun məlumatına görə, görüşdə Orta Dəhlizin inkişafı çərçivəsində iki ölkənin əməkdaşlığı və bununla bağlı strateji layihələrin uğurla həyata keçirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.