Gürcüstan-Türkiyə sərhədində, “Vale” gömrük-keçid məntəqəsinin sərhəd tərəfində yenilənmiş “Türkgözü” gömrük keçid məntəqəsinin açılışı olub
Gürcüstan-Türkiyə sərhədində, “Vale” gömrük-keçid məntəqəsinin sərhəd tərəfində yenilənmiş “Türkgözü” gömrük keçid məntəqəsinin açılışı olub.
Türkiyə tərəfinin dəvəti ilə Gürcüstanın maliyyə nazirinin birinci müavini Giorgi Kakauridzenin rəhbərlik etdiyi nümayəndə heyəti tədbirdə iştirak edib. Tədbirdə Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəis müavini Vladimer Xundadze, Gömrük İdarəsinin rəisi Zurab Siçinava və idarə rəisləri də iştirak ediblər.
Gürcüstan nümayəndə heyətinin üzvləri türkiyəli həmkarları ilə birlikdə yenilənmiş infrastruktura baş çəkib, gömrük nəzarəti prosedurları ilə tanış olublar.
Maliyyə nazirinin birinci müavini salamlama nitqində maliyyə naziri Laşa Xuçişvilinin adından türk həmkarlarını yenilənmiş gömrük infrastrukturunun açılışı münasibətilə təbrik edib və iki ölkə arasında gömrük sahəsində sıx əməkdaşlığın vacibliyini vurğulayıb. Bu isə infrastruktur layihələri ilə birlikdə gömrük prosedurlarının, nəqliyyat vasitələrinin, malların və sərnişinlərin rahat gediş-gəlişinin təmin edilməsi və ticarətin təşviqi ilə bağlıdır.
Onun qeyd etdiyinə görə, Şərq-Qərb tranzit dəhlizində yerləşən ölkələr kimi, Gürcüstan və Türkiyə Respublikası üçün cəlbedici və rəqabətədavamlı tranzit dəhlizinin inkişafına xüsusi önəm verilir ki, bunun üçün gömrük sahəsində vahid inkişaf prinsiplərinin yaradılması vacibdir. .
Giorgi Kakauridzenin sözlərinə görə, Gürcüstan hökumətinin prioritetlərindən biri gömrük-keçid məntəqələrinin infrastrukturunun inkişafı, onların müasir avadanlıqla təchiz edilməsi və gömrük prosedurlarının səmərəli aparılmasıdır.
“Gürcüstan bu istiqamətdə böyük uğurlar əldə edib. Bildiyiniz kimi, “Sarp”, “Turgözü-Valesa” və “Kartsaxis-Çıldır-Aktaş” quru gömrük-keçid məntəqələri rayonda nümunəvi keçid məntəqələridir. Həmçinin, inkişaf etmiş infrastrukturdan daha səmərəli istifadə mexanizmi olan iki ölkə arasında keçid məntəqələrinin birgə idarə edilməsinə dair sazişi vacib hesab edirik”, – deyə maliyyə nazirinin birinci müavini bildirib.
O, Türkiyə tərəfdən müasir standartlar və ən son texnologiyalarla təchiz edilmiş daha bir keçid məntəqəsinin olması gömrük prosedurlarını sürətləndirəcəyinə və bu, regionda iqtisadi inkişafa töhfə verəcəyinə ümid etdiyini deyib.
Gəlirlər Xidmətindən bildirilib ki, beynəlxalq yük axınının artdığı şəraitdə “Vale” gömrük-keçid məntəqəsi hər gün 150 yüngül nəqliyyat vasitəsi, 600-ə qədər fiziki şəxs və 300-dən çox yük maşınına xidmət göstərir. Türkiyə tərəfdən yenilənmiş gömrük infrastrukturunun açılmasından sonra qeyd olunan məlumatların iki dəfə artacağı gözlənilir.