Gürcüstan turizm potensialı ilə Milan turizm sərgisində tanış oldular
Gürcüstanın Milli Turizm Administrasiyası İtaliyada, Milan şəhərində keçirilən “BIT 2023” beynəlxalq turizm sərgisində iştirak etdi.
Milli Turizm Administrasiyası Milanda Turizm Sərgisində yeddi turizm şirkəti ilə birlikdə təqdim olundu. Sərgidə Acara Turizm və Kurortlar Departamenti iştirak edirdi.
“BIT 2023” çərçivəsində, gürcüstan stendində qonaqlar ölkənin turizm məhsulu ilə tanış oldular.
Gələcək əməkdaşlıq məqsədilə beynəlxalq şirkətlərin nümayəndələri ilə görüşlər keçirildi.
Milan Turizm Sərgisi 1980-ci ildən bəri hər il keçirilir və İtaliyanın ən mühüm turizm tədbirlərindən biridir. Sərgidə 500-dən artıq beynəlxalq şirkət və təşkilat təqdim olunmuşdu. Sərginin bütün dünyadan 65 mindən artıq ziyarətçisi var idi.
Məlumatı Gürcüstanın Milli Turizm Administrasiyası yayır.