Gürcüstan sürətləndirilmiş qaydada Aİ üzvlüyünə namizəd statusu almaq üçün müraciət edəcək
Gürcüstan sürətləndirilmiş qaydada Aİ üzvlüyünə namizəd statusu almaq üçün müraciət edəcək

 
Gürcüstan sürətləndirilmiş qaydada Aİ üzvlüyünə namizəd statusu almaq üçün müraciət edəcək-bu barədə partiyanın sədri İrakli Kobaxidze “Gürcü Arzusu”-nun mərkəzi ofisində keçirilən brifinqdə bildirib.

O, qərarın siyasi kontekst və yeni reallığı nəzərə alaraq partiyanın siyasi şurasının üzvləri ilə məsləhətləşərək qəbul edildiyini bildirib.

“2024-cü ildə “Gürcü Arzusu”-nun seçki proqramında nəzərdə tutulduğu kimi, güclü, yeni islahatlarla dəstəklənmiş müraciətin daxil edilməsinin müraciətin sürətləndirilmiş şəkildə daxil edilməsindən daha çox üstünlüyü olacaqdı. Bununla belə, ümumi siyasi konteksti və yeni reallığı nəzərə alaraq, partiyanın siyasi şurasının üzvləri və ilk növbədə baş nazirlə məsləhətləşmələrdən sonra “Gürcü Arzusu” siyasi komandası dərhal Aİ-yə üzvlük üçün namizəd statusu almaq istiqamətində müraciət etmək barədə siyasi qərar qəbul etdi”-deyə İrakli Kobaxidze bildirib.

 Onun sözlərinə görə, Gürcüstan hökuməti baş nazir İrakli Ğaribaşvilinin rəhbərliyiylə sürətləndirilmiş qaydada artıq Aİ-yə namizəd statusu almaq üçün müraciət hazırlayır və bu müraciət sabah Gürcüstan hökuməti adından Aİ strukturlarına rəsmi şəkildə təqdim olunacaq.

” Aİ strukturlarına müraciət edirik, onları fövqəladə rejimdə müraciətimizə baxmağa və Gürcüstan üçün Aİ üzvlüyünə namizəd statusu verilməsi ilə bağlı qərar qəbul etməyə çağırırıq.

Arzumuz və siyasi məqsədimiz Gürcüstanın iqtisadi cəhətdən güclü və təhlükəsiz Avropa ölkəsinə çevrilməsidir. Hökumətimizin hər bir addımı, o cümlədən bugünkü qərarımız da bu məqsədə xidmət edir” – deyə İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, “Gürcü Arzusu” hökuməti ötən illər ərzində Aİ-yə inteqrasiya yolunda bir sıra effektiv nailiyyətlər əldə edib.

“Avropa İttifaqı ilə Assosiasiya Sazişi və Azad Ticarət Sazişi imzalamışıq, vizasız rejim qəbul etmişik. Aİ-yə inteqrasiyanı konstitusiya vəzifəsi kimi müəyyənləşdirmişik. Ölkəni Aİ standartlarına yaxınlaşdıran bir çox islahatlar həyata keçirmişik. “Gürcü Arzusu” 2020-ci ilin seçki proqramının əsas məqsədi kimi 2024-cü ilə qədər Aİ-yə üzvlük müraciətinin təqdim edilməsini açıqlayıb. Bu səylərin məntiqi davamı bizim dərhal müraciət edərək, namizəd statusu almaqla bağlı verdiyimiz bugünkü qərardır.

Ötən il Gürcüstan ikirəqəmli iqtisadi artım əldə edib, bu göstərici 10,6 faiz olub. Bu ilin yanvarını 18 faiz iqtisadi artımla bağladıq. Hökumətimiz təhlükəsizlik baxımından dövlətin maraqlarını qətiyyətlə müdafiə edir. Bu yol, ölkəmizi yoxsulluğun aradan qaldırılmasına, əhalimizin rifah və təhlükəsizliyinin keyfiyyətcə yüksəldilməsinə, işğaldan azad edilməsinə aparmalıdır.

“Gürcü Arzusu” hökumətinin hər bir addımı bu məqsəd, ölkəmiz və əhalimiz qarşısında məsuliyyətlə aşılanacaq”- deyə İrakli Kobaxidze bildirib.