Gürcüstan sorğu anketinin ikinci hissəsini Avropa Komissiyasına 10 may üçün göndərəcək, – bu barədə Gürcüstanın Xarici İşlər naziri, İliya Darçiaşvili Gürcüstanın Avropa İttifaqına inteqrasiyası üzrə hökumət komissiyasının iclasından sonra keçirilən brifinqdə bəyan etdi.
Darçiaşvilinin qeyd etdiyi kimi, Gürcüstan anketin ikinci hissəsi üzərində işi başa çatdırdı və sənədi yalnız texniki hissədə hazırlamaq lazımdır.
“İctimaiyyətə bildirmək istəyirik ki, Gürcüstan anketin ikinci hissəsi üzrə işləri başa çatdırdı. Bu sənədi yalnız texniki hissədə hazırlamaq lazımdır və biz sorğunun sonuncu hissəsini mayın 10-dək Avropa Komissiyasına təqdim etməyi planlaşdırırıq.
Məlum olduğu kimi, sorğunun ikinci hissəsi daha çox texniki-sektor xarakteri daşıyırdı ki, onun hazırlanmasında böyük əmək sərf olundu. Bu mühüm prosesdə iştirak edən bütün dövlət idarələrinə təşəkkür etmək istəyirəm.
Başlanacaq növbəti prosedur artıq qeyd olunan sənəd üzrə müvafiq nəticəni hazırlamalı olan Avropa Komissiyası tərəfindəndir. Biz Gürcüstanın təqdim etdiyi anketlə bağlı hazırlanmalı olan Avropa Komissiyasının mövqeyini gözləyəcəyik”, – İlya Darçiaşvili bəyan etdi.
Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Avropa İttifaqı sorğusunun birinci hissəsini Avropa İttifaqının Gürcüstandakı səfiri, Karl Hartselə mayın 2-də təhvil verdi.
Məlum olduğu kimi, doldurulmuş sorğu anketini aldıqdan sonra Avropa Komissiyası özünün qiymətləndirmə hesabatını hazırlamağa başlayacaq və bu hesabat Avropa İttifaqı Şurasına təqdim ediləcək və Şura, yəqin ki, müvafiq qərarı iyunun sonuna kimi qəbul edəcək.