Gürcüstan „Sinovac“ və „ Sinopharm“ peyvəndlərinin milyon dozasını qəbul edib
Gürcüstan „Sinovac“ və „ Sinopharm“ peyvəndlərinin milyon dozasını qəbul edib

 

Gürcüstana koronavirus əleyhinə peyvəndlərin  yeni dozaları gətirilib.   Gürcüstanın baş naziri İrakli Ğaribaşvili bu barədə açıqlama verib.

Baş nazirin də qeyd etdiyi kimi, ölkə “Sinopharm” və “Sinovac” peyvəndlərinin  yeni dozalarını qəbul edib.

“Bu gün bir milyon doza peyvənd gətirildi. Bu, xalqımızın yaxşı tanıdığı Çin istehsalı  “Sinopharm” və “Sinovac” peyvəndləridir.  Milyon  doza artıq yerindədir və bazar ertəsindən etibarən kütləvi peyvənd prosesini başlatmağı hazırıq”-deyə Ğaribaşvili bildirib.