Gürcüstan səhiyyə sektorunu gücləndirmək üçün 2024-cü ildə AİB-dən təxminən 23,2 milyon avro alacaq
Gürcüstan səhiyyə sektorunu gücləndirmək üçün 2024-cü ildə AİB-dən təxminən 23,2 milyon avro alacaq

Gürcüstan və Asiya İnkişaf Bankı (AİB) arasında səhiyyə sektorunun gücləndirilməsi proqramı ilə bağlı kredit sazişi imzalanıb.

Sənədi Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili və Asiya İnkişaf Bankının Gürcüstandakı daimi nümayəndəliyinin direktoru Lesli Bearman Lam imzalayıblar.

Ümumilikdə bank tərəfindən 46 milyon 275 min avro məbləğində maliyyə vəsaiti ayrılacaq. Kredit müqaviləsinə əsasən, 23 milyon 137 min 500 avroluq birinci tranşın 2024-cü ildə ödənilməsi, ikinci tranşın isə 2025-ci ildə alınması planlaşdırılır.

Maliyyə Nazirliyindən verilən məlumata görə, proqramda səhiyyə proqramlarının və səhiyyə sektoruna dövlət xərclərinin daha səmərəli idarə edilməsi, idarəetmənin təkmilləşdirilməsi və göstərilən xidmətlərin keyfiyyətinə görə cavabdehlik üçün zəruri olan ilkin səhiyyə, ixtisaslaşmış ambulator yardım və diaqnostika xidmətləri üzrə əhaliyə təklif olunan güzəştlərin artırılmasını və maliyyə çıxışı üçün maneələrin azaldılması, xidmətin çatdırılmasının təkmilləşdirilməsi, xidmətin bütün səviyyələrində rəqəmsal informasiya sistemlərinin təkmilləşdirilməsi nəzərdə tutur.