Gürcüstan səfirliyinin məlumatına əsasən, silahlı hücum zamanı Qəzza sektorunda dörd Gürcüstan vətəndaşı olub, hazırda dördü də təhlükəsiz yerdədir
Gürcüstan səfirliyinin əlində olan məlumata əsasən, silahlı hücum zamanı Qəzza sektorunda dörd Gürcüstan vətəndaşı olub. Hazırkı mərhələdə onların dördü də təhlükəsiz yerdədir, – bu haqda Gürcüstan Xarici İşlər Nazirliyi Gürcüstanın Birinci Kanalına bildirib.
Qurumun məlumatına görə, qeyd olunan məlumat İsrail tərəfi, eləcə də bu dörd şəxsdən biri ilə əlaqə nəticəsində təsdiqlənib.
“İnternetdə yayılan foto materiala gəlincə, o, müəyyənləşdirilir və təfərrüatları dəqiqləşdirilənə qədər, təsdiq olunmamış məlumat yaymaqdan çəkinməyinizi xahiş edirik”, – qurum tərəfindən qeyd edilir.
Dünən səhər saatlarında Qəzza sektorundan İsrail istiqamətində raketlər atılıb. Hücuma görə məsuliyyəti “Həmas” üzərinə götürüb. İsrail mətbuatında yayılan son məlumata görə, “Həmas”ın raket hücumu nəticəsində ölənlərin sayı 300-ə çatıb. Ölkənin bütün ərazisində fövqəladə vəziyyət elan edilib.
İsraildə Gürcüstan vətəndaşları üçün qaynar xətt aktivləşdirilib.
Müəllif -
Mehemmed Bayramaliyev