Gürcüstan Səfirliyi Ukraynada olan vətəndaşlar üçün qaynar xətt nömrələrini yayır
Gürcüstan Səfirliyi Ukraynada olan vətəndaşlar üçün qaynar xətt nömrələrini yayır

Gürcüstan Ukraynada cari prosesləri diqqətlə izləyir. Biz ukraynalı həmkarlarımızla, eləcə də partnyor ölkələr və təşkilatlarla daim əlaqədə qalırıq. Bu barədə Gürcüstanın Ukraynadakı Səfirliyinin bəyanatında deyilir.

Səfirlikdə bəyan edtiklərinə görə, Ukraynada vəziyyətin daha da gərginləşməsi ehtimalının yüksək olduğunu nəzərə alaraq, Gürcüstanın Kiyevdəki Səfirliyi və Odessa, Donetskdəki baş Konsulluqları (iqamətgahı Kiyevdə olmaqla) fövqəladə vəziyyət rejiminə keçib.

“Ukrayna ərazisində Gürcüstan vətəndaşları üçün qaynar xətt fəaliyyət göstərir +380 (63) 376 77 68; +380 (93) 761 17 17; (093) 544 01 47. Gürcüstanın diplomatik nümayəndəlikləri yerlərdə Gürcüstan vətəndaşları ilə daimi əlaqə saxlayır və onları yaradılmış çətin təhlükəsizlik mühitini nəzərə almağa çağırır”, – bəyanatda deyilir.

Rusiya prezidenti, Vladimir Putin Donbasda hərbi əməliyyata başladığı barəsində bəyan etdi. Ukraynanın bir neçə şəhərində atəş səsləri eşidilir. Ukrayna prezidenti, Vladimer Zelenski ölkədə müharibə vəziyyətini elan etdi.