Gürcüstan səfirliyi Türkiyədə baş vermiş zəlzələ nəticəsində ikinci Gürcüstan vətəndaşının həlak olması barədə məlumat alıb
Gürcüstan səfirliyi Türkiyədə baş vermiş zəlzələ nəticəsində ikinci Gürcüstan vətəndaşının həlak olması barədə məlumat alıb.
Səfirliyin məlumatında Gürcüstanın diplomatik nümayəndəliklərinin Türkiyədəki Gürcüstan vətəndaşları haqqında məlumat almaq və onlara kömək etmək üçün 24 saatlıq rejimdə fəaliyyət göstərdiyi deyilir.
“Gürcüstanın Türkiyə Respublikasındakı səfirliyinə zəlzələ nəticəsində daha bir Gürcüstan vətəndaşının həlak olması barədə məlumat daxil olub. Səfirliyə Türkiyənin Antakya şəhərində Gürcüstanın daha bir vətəndaşı – O.Ts.-nin ölüm faktı barədə hadisə şahidi məlumat verib. Gürcüstanın diplomatik nümayəndəlikləri Türkiyədəki Gürcüstan vətəndaşları haqqında məlumat almaq və onlara kömək etmək üçün 24 saatlıq rejimdə fəaliyyət göstərir. Səfirlik mərhumun ailəsi, eləcə də Türkiyənin müvafiq qurumları ilə əlaqədədir” – deyə Gürcüstan səfirliyində açıqlayırlar.