Gürcüstan reytinqdə "Biznes üçün Avropanın ölkələri 2019"-da iki mövqe ilə irəli çıxdı
Avropa Palatası tərəfindən dərc olunan “Biznes üçün Avropanın ölkələri 2019” reytinqində Gürcüstan keçən il ilə müqayisədə, Avropanın 46 ölkəsi arasında iki yer ilə irəli çıxdı və 18-dən 16-cı yerə keçdi. Məlumatı İqtisadiyyat Nazirliyi yayır.
Dünya Bankının 2019-cu ilinin hesabatına görə, Gürcüstan biznesin edilməsi baxımından görünməmiş tərəqqiyə nail oldu və dünyanın 190 ölkəsi arasında 6-cı yeri tutdu.
İqtisadiyyat Nazirlinin yaydığı məlumata görə, Gürcüstan “Biznes üçün Avropanın ölkələri 2019” reytinqində bölgədə liderdir və qarşıdakı ölkələrdən irəlidədir: Litva (18-ci yer), Latviya (19-cu yer), Polşa (20-ci yer), Sloveniya (22-ci yer), Çexiya (23-cü yer), Slovakiya (25-ci yer), Belarus (27-ci yer), Xorvatiya (29-cu yer), Makedoniya (31-ci yer), Macarıstan (32-ci yer), Türkiyə (34-cü yer), Ermənistan (39-cu yer), Qazaxıstan (40-cı yer), Moldova (42-ci yer), Rusiya (42-ci yer), Azərbaycan (44-cü yer) və Ukrayna (46-cı yer).
Reytinqdə birinci yerdə Danimarkadır və sonuncuda Ukrayna.