Gürcüstan yeni layihə üzrə çalışmağa başladı, hansı ki, İpək Yolunun rəqəmli bazarla harmonizasiyasını nəzərdə tutur.
Bu mövzu ilə bağlı təqdimatı Maliyyə Naziri Mamuka Baxtadze innovasiya və texnologiya agentliyndə keçirdi.
Layihənin məqsədi, Gürcüstanın, İpək Yolunun episentrində yerləşən bir ölkə olaraq, rəqəmli istiqamətdə inkişafını nəzərdə tutur ki, ölkə electron ticarət texnologiyalarında regionun lideri və əsas oyunçusu olsun.
Maliyyə Nazirliyinin məlumatına görə, İpək Yolunun vahid rəqəmli bazasının mövcud olması rəqəmli malın, xidmətin və kapitalın azad hərəkət etməsini təmin edəcək, iqtisadi aktivləri artıracaq və yeni startapların və laboratoriyaların yaradılmasına və innovasiyalı texnologiyaların tətbiq edilməsinə yol açacaq.
Layihənin həyata keçirilməsi üçün yaxın dövrdə, aparıcı texnologiya şirkətlərinin iştirakı ilə beynəlxalq texnologiya konsorsiumu başlayacaq və texnoloji platform yaradılacaq hansı ki, region miqyasında layihədə iştirak edən ölkələri bir-biri ilə yaxınlaşdıracaq.