Gürcüstan radiosu 99 yaşındadır
Gürcüstan radiosu 99 yaşındadır

 
Mayın 23-də Gürcüstanda ilk dəfə radio yayımından 99 il tamam oldu, 2025-ci ildə isə ölkənin birinci radiosu bir əsrlik tarixini qeyd edəcək. Cənubi Qafqazda ilk olan Gürcüstan radiosu 1925-ci ildə yayıma başlayıb.

Texnologiyaların və sosial şəbəkələrin inkişafına baxmayaraq, radio yenə də dinləyicilərini, yerini və aktuallığını itirmir. İldən-ilə Gürcüstan radiosunun proqramı daha da rəngarəng olur və müasir texnologiyalara və tələblərə uyğunlaşdırılır.

Gürcüstan radiosu dinləyicilərinə hər gün efirdə yayımlanacaq və gürcü şairlərin “Qızıl Fond”da qorunan şeirlərinin unikal yazılarını ictimaiyyətə təqdim edəcək yeni – “Poeziyanın bir dəqiqəsi” rubrikasını təqdim edir.

2023-cü ildən İctimai Yayımçı Avropa Komissiyası ilə birlikdə radioteatrı məşhurlaşdırmaq məqsədinə xidmət edən “The Synchromesh” layihəsini həyata keçirir. Transmilli layihə radio audio-dram sahəsində karyera ilə maraqlanan gənclər üçün müvafiq bacarıqların inkişaf etdirilməsi məqsədinə xidmət edir. “The Synchromesh”in məqsədi radionun ən qədim janrlarından biri olan radioteatrın məşhurlaşdırılması və inkişaf etdirilməsidir. Xatırladaq ki, radioteatr Gürcüstanda böyük ənənələrə malikdir.

Radionun iki kanalının siqnalını bütün Gürcüstan miqyasında-FM 102.3-də qəbul etmək mümkündür, Gürcüstan radiosu musiqi isə- FM 100.9-da yayımlanır.