Gürcüstan Prokurorluğu iki nəfər barəsində "Pirveli" teleşirkətinin operatorunu peşəsinə görə təqib etdiklərinə görə ittiham irəli sürüb
Gürcüstan Prokurorluğu iki nəfər barəsində “Pirveli” teleşirkətinin operatorunu peşəsinə görə , zorakılığa baş vurmaqla təqib etdiklərinə görə ittiham irəli sürüb.
İstintaq idarəsindən verilən məlumata görə, Xüsusi İstintaq Xidməti tərəfindən aparılan istintaqla məlum olub ki, iyunun 18-də “TV Pirveli”nin operatoru azyaşlı uşaqları ilə birlikdə, jurnalistin peşə fəaliyyətini həyata keçirmək , belə ki respodenti canlı yayıma qoşmaq məqsədilə Batumidə, 6 May parkının yaxınlığında olub.
“Canlı yayımdan əvvəl operator teleşirkətə məxsus videokameranı əraziyə yerləşdirib, azyaşlı uşağının əlində isə “Pirveli” teleşirkətinin loqosu olan mikrafon olub. Elə bu vaxt təqsirləndirilən şəxslər onların yanına gedərək, “Pirveli” teleşirkətinin jurnalist fəaliyyətindən narazılıqlarını ifadə ediblər, bu isə teleşirkətin əməkdaşına yönəlik təhqiredici şüarlar və söyüşlərlə ifadə olunub.
Təhqirə paralel olaraq, ittiham olunan şəxslər çoxsaylı zərbələrlə “Pirveli” teleşirkətinin operatoruna fiziki təsir ediblər.
Xüsusi İstintaq Xidmətinin əməkdaşları təqsirləndirilən şəxsləri iyunun 21-də saxlayıblar. Onlar barəsində Gürcüstan Cinayət Məcəlləsinin 156-cı maddəsinin 2-ci hissəsinin “a” altbəndi (peşə fəaliyyəti ilə əlaqədar, zorakılıqla törədilmiş təqib) ilə ittiham irəli sürülüb və bu cəza ölçüsü olaraq 3 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.
Gürcüstan Prokurorluğu təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilməsi vəsatəti ilə artıq məhkəməyə müraciət edib.
Xüsusilə vurğulamaq istərdik ki, Gürcüstan Prokurorluğu jurnalistin peşə fəaliyyətinə görə təqib və peşə fəaliyyətinə maneçilik törətmə faktları ilə bağlı sərt cinayət siyasəti aparır” – deyə prokurorluğun bəyanatında qeyd edilir.