Gürcüstan prokurorluğu - Ekspertiza yoxlanışı nəticəsində məlum oldu ki, Giorgi Şakaraşvilinin ölüm səbəbi suda asfiksiyadır
Gürcüstan prokurorluğu - Ekspertiza yoxlanışı nəticəsində məlum oldu ki, Giorgi Şakaraşvilinin ölüm səbəbi suda asfiksiyadır

Həlak olan 19 yaşlı futbolçu Giorgi Şakaraşvilinin işi ilə bağlı prokurorluq bəyanat yayır.

Bəyanatda deyilir ki, ekspertiza yoxlanışı nəticəsində məlum oldu ki, Giorgi Şakaraşvilinin ölüm səbəbi suda asfiksiyadır.

“Yüksək ictimai maraqdan irəli gələrək, ictimaiyyətə Giorgi Şakaraşvilinin ölüm faktı ilə bağlı məlumat vermək istəyirik.

Ekspertiza nəticəsində məlum oldu ki, Giorgi Şakaraşvilinin ölüm səbəbi su da boğulmasıdır. Eyni zamanda, Şakaraşvilinin cəsədində, üzündə və bədənində, sağkən yetirilən zərbə izləri var.

Qeyd olunan cinayətə qəstlə qətlə yetirmək kvalifikasiyası verildi Faktla bağlı istintaq və əldə edilən məlumatın analizi davam edir.

İşin çətinliyi və sensitivliyindən irəli gələrək, prokurorluq hərkəsdən xahiş edir ki, gənc futbolçunun ölüm faktı ilə bağlı yanlış məlumat yaymaqdan baş qaçırdsınlar və istintaqa mane olmasınlar” – deyilir bəyanatda.