Gürcüstan prezidentinin Fransaya səfəri başlayıb
Gürcüstan prezidentinin Fransaya səfəri başlayıb

 

Avropa Şurasının Baş katibi Mariya Peiçinoviç-Buriç Gürcüstan prezidentini Avropa Şurasında şəxsən qəbul edir. Məlumatı prezidentin administrasiyası yayır.

Bu gün Gürcüstan prezidenti ilə baş katib arasında təkbətək görüş keçiriləcək. Bundan əvvəl isə, Gürcüstan prezidenti Avropa Şurası və Fransa hökumətinin himayəsi ilə hər il keçirilən “Ümumdünya Demokratiya Forumu”nda iştirak edəcək.

Bu il Demokratiya Forumunun keçirilməsində məqsəd demokratiyanın tənəzzülünün əsas amillərini üzə çıxarmaq və bu problemin həlli üçün müvafiq yollar tapmaqdır.

Fransaya işgüzar səfəri çərçivəsində Gürcüstan prezidentinin Avropa Şurası Parlament Assambleyasının prezidenti Tini Koks və İslandiyanın baş naziri Katrin İakobsdottir ilə görüşləri nəzərdə tutulub.