Gürcüstan prezidenti Salome Zurabişvili Tallinə getdi.
Estoniyanın paytaxtında Salome Zurabişvili iki gün qalacaq və Estoniyalı həmkarları ilə yüksək ranqlı görüşlər keçirəcək.
Gürcüstanın Estoniyadaki səfiri Tea Axvledianinin məlumatına görə, görüşlərdə iki tərəfli əlaqələr və Gürcüstanın qarşısında duran çağırışlar haqqında söhbət ediləcək.
Onun dediyinə görə, söhbət Rusiya-Gürcüstan münaqişəsinə də toxunacaq, çünki Estoniya prezidenti Kersti Kaliuladi bu yaxınlarda Vladimer Putin ilə görüşdü və onunla söhbət zamanı Gürcüstan haqqında da bəhs etdi.
Hər iki tərəf bugün birgə əməkdaşlıq istiqamətindəki nailiyyətlərini yekunlaşdıracaq.