Gürcüstan prezidenti uşaq evləri və yaşlılar pansionatlarının benefisiarlarına yeni il şirniyyatları və 100 larilik əczanə və ərzaq vauçeri göndərdi
Gürcüstan prezidenti uşaq evləri və yaşlılar pansionatlarının benefisiarlarına yeni il şirniyyatları və 100 larilik əczanə və ərzaq vauçeri göndərdi

Gürcüstan prezidenti uşaq evləri və yaşlılar pansionatlarının benefisiarlarına yeni il şirniyyatları və 100 larilik əczanə və ərzaq vauçeri göndərdi.

Gürcüstan prezidentinin mətbuat xidmətinin məlumatına görə, benefisiarlara yeni il hədiyyələrini prezidentin müşavirləri verdilər.

Mətbuat xidmətinin məlumatına görə, onko-hematoloji departamentinin 47 pasienti və Beri Andria adına xeyriyyə fondunun 45 benefisiarı 100 larilik əczanə və 100 larlik ərzaq vauçerləri aldılar.

Tbilisi və Kutaisi yaşlılar pansionatının 123 benefisiarı yeni il şirniyyatları və 100 larilik ərzaq vauçerlərini aldı.

“Tsitsinatelebis Kvekana” adlı uşaq hospisinin 68 benefisiarı şirniyyat və ilkin ehtiyyac əşyaları aldı.

Tbilisinin altı uşaq baxçasının 107 benefisiarı isə, yeni il şirniyyatları aldı.