Gürcüstan Prezidenti "Seçki Məcəlləsi"nə dəyişikliklərə veto qoyub
Gürcüstan Prezidenti "Seçki Məcəlləsi"nə dəyişikliklərə veto qoyub

 

Gürcüstan Prezidenti “Seçki Məcəlləsi”ndə qəbul edilmiş və Mərkəzi Seçki Komissiyasının sədri və üzvlərinin seçilməsi prosedurunu dəyişdirən düzəlişlərə veto qoyub-məlumatı Gürcüstan Prezidentinin Administrasiyası yayır.

Prezident Administrasiyasının yaydığı məlumatda qeyd edildiyi kimi, qüvvədə olan redaksiya ilə müstəqil məmur, Gürcüstan Prezidenti müsabiqə elan edir və namizədlərin seçilməsi üçün komissiya yaradır. Prezident seçilmiş namizədləri parlamentə təqdim edir.

“Dəyişikliyə əsasən isə, komissiyanın yaradılması, namizədlərin seçilməsi və təqdimatı parlamentin sədri tərəfindən həyata keçiriləcək, seçim prosesi isə parlamentin adi səs çoxluğu ilə olacaq ki, bu da birpartiyalı qərar qəbulu deməkdir.

Sədr və üzvlərin 100 əvəzinə 76 səslə seçilməsi konsensusa əsaslanan qərarlara ehtiyacı aradan qaldırır və qütbləşmə riskini artırır.

Veto məhz bu konsensusu saxlamaq məqsədinə xidmət edir” -deyə Prezident Administrasiyasının yaydığı məlumatda qeyd olunur.

Administrasiyadan açıqlandığı kimi, prezident parlamentə MSK sədrinin və üzvlərinin xalq müdafiəçisi məsələsində olduğu kimi ən azı 90 səslə seçilməsini təklif edir.

“Bu, seçkilərə və Seçki Administrasiyasına etimadı qorumaq və möhkəmləndirmək üçün lazımdır”- deyə Prezident Administrasiyasının yaydığı məlumatda deyilir.