Gürcüstan prezidenti səhiyyə sektoruna sünii tənəffüs aparatları verdi
Gürcüstan prezidenti səhiyyə sektoruna sünii tənəffüs aparatları verdi

Gürcüstan prezidenti Səhiyyə Nazirliyinə 30 ədəd tənəffüs aparatı verdi.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, Salome Zurabişvili Orbelianilər sarayında Səhiyyə Naziri Ekaterine Tikaradze ilə görüşdü və xalqın adı ilə səhiyyə sisteminin nümayəndələrinə və həkimlərə pandemiya zamanı  etdikləri fəaliyyətə görə təşəkkür etdi.

“Bugün tibb sektorunun üzərində nə qədər ağır yükün olduğunu bilirəm və bütün tibb əməkdaşlarına etdiklər fəaliyyıətə görə, təşəkkür etmək istəyirəm. Onlara yeni ildə can sağlığı arzulayıram və ümid edirəm ki, gələn il daha sakit və rahat olacaq”, – deyib Salome Zurabişvili.

Ekaterine Tikaradze də öz növbəsində Gürcüstan prezidentinə təşəkkür etdi  və qeyd etdi ki, səhiyyə sektoruna edilən hər bir qatqı çox vacibsir vəbir çox insanın həyatını xilas edə bilər.