Gürcüstan prezidenti “Milli Hərəkat”-ın parlament fəaliyyətinə qoşulmaq qərarını alqışlayır
Gürcüstan prezidenti daha bir müxalifət partiyasının parlament fəaliyyətinə qoşulmaq qərarını alqışlayır, – bu barədə Gürcüstan prezidenti Salome Zurabişvilinin bəyanatında qeyd olunub.
“Demokratik proses üçün bütün siyasi partiyaların öz seçicilərinin iradəsinə hörmət etməsi, seçkilər əsasında onlara verilən etimad və mandatdan istifadə etməsi vacibdir.
Prezidentin təşəbbüsü ilə başladılmış və qütbləşməni aradan qaldırmağa yönəlmiş proses həm də parlamentdə siyasi debat, dialoq və müzakirə məkanından tam şəkildə istifadə olunmasını tələb edir. Bu, ölkəmizin inkişaf yoludur!”-deyə Salome Zurabişvilinin bəyanatında deyilir.
“Milli Hərəkat” parlament boykotuna son qoyur. Xatia Dekanoidzenin sözlərinə görə, “Vahid Milli Hərəkat” fraksiyası parlamentə öz gündəmi ilə qayıdır.