Gürcüstan prezidenti Kvemo-Kartlidə istixana təsərrüfatını nəzərdən keçirdi
Gürcüstan prezidenti Salome Zurabişvili, Kvemo-Kartlinin yerli iqtidarı ilə bərabər, Dəmiyə Görarxı kəndindəki istixana təsərrüfatını nəzərdən keçirdi və orada çalışanlarla söhbət etdi.
Prezidentin mətbuat xidmətinin məlumatına görə, Gürcüstan prezidenti regionda kənd təsərrüfatı sahəsinin inkişafı ilə maraqlandı və bu sahənin inkişafında kiçik biznesin əhəmiyyəti haqqında danışdı.
Marneuli rayonunun Dəmiyə Görarxı kəndində istixana təsərrüfatı 2014-cü ildə açılıb.
İstixanalar 2 hektarlıq ərazidə yerləşirlər və ildə 300-400 ton tərəvəz verirlər.
Salome Zurabişvili həmçinin, Marneuli munisipalitetindəki Əzizkənddə dövlət dəstəyi ilə açılan müasir istixanaları yoxladı.
MMC “Mza Çitili” istixanasında 30 nəfər işlə təmin edilib.
Qeyd olunan istixanalarda gələn məhsulun realizasiyası yerli bazarlarda həyata keçirilir.