Gürcüstan prezidenti iyulun 18-dən parlamentin növbədənkənar iclaslarını çağırmağı planlaşdırır
Gürcüstan prezidenti Salome Zurabişvili növbədənkənar iclasları çağırmağı planlaşdırır.
Prezidentin növbədənkənar sessiyanın çağırılması haqqında sərəncamı artıq parlamentə təqdim edilib və deputatlara göndərilib.
Salome Zurabişvilinin sərəncamında qeyd olunub ki, Gürcüstan Konstitusiyasının 44-cü maddəsinin ikinci bəndinə uyğun olaraq iyulun 18-dən parlamentin növbədənkənar sessiyası çağırılsın.