Gürcüstan prezidenti işgüzar səfərlə Moldova Respublikasına gedəcək
Gürcüstan prezidenti, Salome Zurabişvili sabah Kişinyov şəhərinə səfər edəcək və Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşəcək.
İşgüzar səfər çərçivəsində nümayəndə heyətlərinin müşayiəti ilə də Moldova prezidenti ilə geniş tərkibdə danışıqlar aparılacaq, bundan sonra da prezidentlər media üçün mətbuat konfransı keçirəcəklər və jurnalistlərin suallarını cvablandıracaqlar.
Gürcüstan prezidentinin Moldova Respublikasının baş naziri, Nataliya Qavrilisa və Moldova Respublikası Parlamentinin sədri, İqor Qrossu ilə görüşləri planlaşdırılıb.