Gürcüstan prezidenti İctimai Yayımçının İcraçı Şurasının üzvləri ilə bugün görüşəcək
Gürcüstan prezidenti Giorgi Marqvelaşvili İctimai Yayımçının təklifini qəbul etdi.
Prezident ikinci oxunuşla qəbul edilən “Yayımçı haqqında” qanunlayihəyi, İctimai Yayımçının icraçı şurası ilə bərabər müzakirə etməyə hazırdır.
Prezidentin parlament katibi tərəfindən, prezidentin bu məsələ ilə bağlı qeyri-hökümət təşkilatları ilə görüş keçirəcəyi barədə bəyanatından sonra, İctimai Yayımçı cavab olaraq, bəyanat yaydı, hansında deyilir ki, qeyd olunan qanunlayihə bütün maraqlı tərəflərlə müzakirə olunub və yayımçının icraçı şurası, qanunlayihi prezidentlə bərabər müzakirə etməyə də hazırdır.
“Əgər bu görüşdən sonra, cənab prezidentin qanunlayihə ilə bağlı sualları yenə qalsa, biz başqa formatlı görüş keçirməyə də razıyıq”, – deyilir icraçı şuranın bəyanatında.
“Yayımçı haqqında” qanunlayihəyi parlament dekabrın 14-də qəbul etdi.