Gürcüstan prezidenti hesab edir ki, Cenevrə formatı Gürcüstana bu gün lazım olanlara cavab vermir
Gürcüstan vətəndaşı, İrakli Kvaratsxeliyanın qaçırılması və sonra onun zoraklıqla ölməsi beynəlxalq hüququn kobud pozulması və Gürcüstan dövlətinə qarşı yönəldilmiş cinayətdir, – bu barədə prezidentin mətbuat katibi, Xatiya Moisrapişvili bu gün brifinqdə bəyan etdi.
Onun dediyinə görə, Gürcüstan prezidenti Salome Zurabişvili hesab edir ki, bu məsələ üzrə bütün yüksək səviyyəli görüşlərdə müzakirə aparılmalıdır.
Elə onun qeyd etdiyinə görə, yeni formatlar mövcuddur ki, real olaraq orada texniki məsələlər müzakirə olunur.
Bununla yanaşı onun dediyinə görə, dünən Çin səfiri ilə söhbətə prezident bu məsələ ilə başladı.
Xatiya Moisrapişvilinin bəyan etdiyinə görə, yeni format üzrə işlərə başlanılıb, lakin hələ başlanğıc mərhələdir və növbəti mərhələdə nəyin əhəmiyyətli olduğu müəyyənləşdiriləcək.
“Gürcüstan prezidenti hesab edir ki, bütün mövcud olan formatlardan istifadə olunmalıdır. Lakin hesab edir ki, Cenevrə formatı Gürcüstana bu gün lazım olanlara cavab vermir”, – Moisrapişvili bəyan etdi.