Gürcüstan prezidenti diplomatik korpusun nümayəndələrini qəbul edir
Gürcüstan Prezidenti Salome Zurabişvili diplomatik korpusun nümayəndələrini qəbul edir.
Səfirlər Orbeliani sarayında toplaşırlar. Qonaqlar arasında ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan və Gürcüstanın xarici işlər naziri David Zalkaliani də var.
Diplomatik korpusun nümayəndələri və xarici işlər naziri tədbirdən əvvəl şərh verməyib.
Tədbirin hansı formatda keçiriləcəyi və Gürcüstan prezidentinin qonaqlara hansı məsələlərlə müraciət edəcəyi hələlik məlum deyil.
Tədbir mediaya qapalıdır.