Gürcüstan prezidenti bu gün Monakoya işgüzar səfərə gedib
Gürcüstan prezidenti bu gün Monakoya işgüzar səfərə gedib

Gürcüstan prezidenti bu gün Monakoya işgüzar səfərə gedib.

Səfər zamanı Salome Zurabişvili ilə Monako Knyazlığının şahzadəsi II Albert arasında təkbətək görüşün keçirilməsi planlaşdırılır.

Gürcüstan prezidenti Monte Karloda gürcü şərabının populyarlaşdırılması məqsədi ilə təşkil olunan rəsmi təqdimatının açılışını edəcək və sərgidə iştirak edən şərab istehsalçılarına müraciət edəcək.

Salome Zurabişvili, Monako Knyazlığının şahzadəsi ilə birlikdə gürcü şərabının – “Üzüm Kökləri ilə görüş” adlı təqdimat mərasimində iştirak edəcək və təqdimatda iştirak edən qonaqlara müraciət edəcək. Həmçinin, işgüzar səfər çərçivəsində prezidentin “Sülh və İdman” beynəlxalq təşkilatının prezidenti ilə görüşü planlaşdırılıb.