Gürcüstan prezidenti Azərbaycan Respublikasına rəsmi səfərə sabah başlayacaq
Gürcüstan prezidenti, Salome Zurabişvili Azərbaycan Respublikasına rəsmi səfərə sabah başlayacaq.
Gürcüstanın Azərbaycandakı səfiri, Zurab Pataridzenin bəyan etdiyinə görə, bölgədə ilk rəsmi səfər əhəmiyyətlidir.
Elə onun dediyinə görə, Bakıda Salome Zurabişvili yüksək səviyyəli şəxslərlə, Azərbaycan Prezidenti, baş nazir və Parlamentin sədri ilə görüşlər keçirəcək.
Zurab Pataridzenin bəyan etdiyinə görə, Gürcüstan prezidentinin səfəri Gürcüstan-Azərbaycan arasında əlaqələrin dərinləşdirilməsinə və gücləndirilməsinə imkanlar yaradacaq.
Azərbaycan Respublikasına rəsmi səfər çərçivəsində Salome Zurabişvili Azərbaycanda yaşayan tələbələrlə görüşəcək.
Gürcüstan prezidenti həmçinin milliyyətcə gürcü Azərbaycan vətəndaşlarının yaşadığı Qax, Zaqatala, Balakən munisipalitetlərinə səfər edəcək.
Gürcüstan prezidentinin Azərbaycana səfəri fevralın 28-də başa çatacaq.