Gürcüstan Prezidenti 13 məhkumu əfv edib
Gürcüstan Prezidenti 13 məhkumu əfv edib

 

Gürcüstan Prezidenti 13 məhkumu əfv edib. Bu barədə Prezident Administrasiyası məlumat yayır.

Administrasiya tərəfindən verilmiş məlumatda doqquz məhkumun cəzaçəkmə müəssisəsində qətimkan tədbiri olaraq təyin edilmiş cəzanın çəkilməsindən tam azad edildiyi və bu gün cəzaçəkmə müəssisəsini tərk edəcəyi, dörd məhkumun isə cəzaçəkmə müəssisəsində çəkəcəyi cəza müddətinin azaldıldığı deyilir.

Əfv olunanlar arasında 4 məhkum qadın var.