Gürcüstan Patriarxlığı - Yeni Zelandiyada məscidə edilən hücum faktını qınayırıq
Gürcüstan Patriarxlığı Yeni zelandiyada məscidə edilən hücum faktı ilə narahatçılığını bildirir və terorizmi qınayır.
“Yeni Zelandiyada məscidə edilən hücum faktını qınayırıq və teror aktı nəticəsində həlak olanları ailələrinə, Yeni Zelandiya iqtidarına, müsəlmanlara və terorizmə və ekstremizmə qarşı çıxan hərkəsə baş sağlığı diləyirik.
Terorizmin hər növünü, kimdən gəlirsə gəlsin, qətiyyətlə qınayırıq və bənzər faciələrin bir daha baş verməməsi üçün dualarımızı əsirgəmirik” – deyilir patriarxlığın bəyanatında.
Martın 15-də, Yeni Zelandiyanın Kraitçerç şəhərində iki məscidə baş verən silahlı hücum nəticəsində 50 nəfər həlak oldu.