Gürcüstan Patriarxlığı Serbiya Patriarxlığından Anatoli Bibilovla görüş barədə açıqlama gözləyir
Gürcüstan Patriarxlığı Serbiya Patriarxlığından Cənubi Osetiyanın qondarma iqtidarının prezidenti Anatoli Bibilovla görüş barədə açıqlama gözləyir.
Tbilisidən Serbiya patriarxlığına müvafiq məktub keçən həftə göndərildi.
Patriarxlığın Xarici İşlər bölməsinin nümayəndəsi Dekanoz Kaxaber Qoqotişvilinin Birinci kanala verdiyi məlumatına görə, məktubu Serbiya Patriarxlığı qəbul etdi, ancaq hələ cavab yoxdur.
Patriarxlıqda deyilir ki, məktub Gürcüstan Patriarxlığının narazılından bəhs edir.
Serbiya patriarxı Anatoli Bibilovla yanvarın 12-də görüşdü.
Görüş haqqında məlumatı, foto-şəkil ilə bərabər qondarma rejim yaydı.
Yayılan məlumatda deyilirdi ki, tərəflər xristianlıq məsələləri haqqında müzakirə apardılar.
Bu faktla bağlı rəsmi bəyanatı Gürcüstanın Xarici İşlər Nazirliyi hələ verməyib.
Bosniyanın Xarici İşlər Nazirliyi isə, bəyan etdi ki, tanınmayan Cənubi Osetiyadan rəsmi səfər Bosniya-Hersoqovina və Serbiya Respublikasına zərər verə bilər.
“Amerikanın səsi” tərəfindən yayılan bəyanatda deyilir ki, bu səfər ilə bağlı dövlət idarələrinin məlumatı olmayıb.