Gürcüstan Patriarxlığı güman edir ki, Bibilovun Serbiya patriarxı ilə görüşü barəsində açıqlamanı yanvarın 15-də alacaq
İşğal olunmuş Cənubi Osetiyanın özünü bəyan etmiş respublikasının de fakto prezidenti, Anatoli Bibilovun Serbiya Patriarxı ilə görüşü məsələsinin araşdırılması Gürcüstan Patriarxlığında Ata Giorgi Zviadadzeyə həvalə olundu, bu barədə Birinci Kanala Zviadadze bəyan etdi.
Onun dediyinə görə, qeyd olunan məsələ üzrə Serbiya Patriarxlığı ilə əlaqə saxlamağa çalışır, lakin bu vaxta qədər onlara komunikasiya baş tutmayıb. Ata Giorgi Zviadadze güman edir ki, Bibilovun Serbiya patriarxı ilə görüşü barəsində açıqlamanı yanvarın 15-də alacaq.
Birinci Kanal bu məsələ ilə əlaqədar Gürcüstan Xarici İşlər Nazirliyinə müraciət etdi. Xarici İşlər Nazirliyində bəyan etdilər ki, baş verənlərin detallarını gürcüstanın Serbiyadakı səfiri Patriarxlıq ilə müəyyənləşdirir.
İşğal olunmuş Cənubi Osetiyanın özünü bəyan etmiş respublikasının de fakto prezidenti, Anatoli Bibilov məlumat yayır ki, Serbiya Patriarxı ilə görüşdü. Bibilov tərəfindən yayılan məlumatla bərabər, görüşü əks etdirən foto da yayılır.