Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Ukraynanın fövqəladə və səlahiyyətli səfiri İqor Dolhovla görüşüb.
Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, səfir parlamentin sədrinə Ukraynada inkişaf edən hadisələr barədə ətraflı məlumat verib.
Beynəlxalq ictimaiyyət tərəfindən effektiv , qətiyyətli cavab tədbirlərinin və əlaqələndirilmiş əməkdaşlığın vacibliyi vurğulanıb.
Parlament sədrinin sözlərinə görə, Gürcüstan Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir.
Şalva Papuaşvilinin sözlərinə görə, gürcü xalqı qardaş Ukrayna xalqının yanındadır. İqor Dolhov parlamentin sədrinə göstərdiyi dəstəyə görə təşəkkür edib.