Gürcüstan Parlamentinin nümayəndə heyəti Kot-d'İvuar Respublikasının Milli Assambleyasının sədri ilə görüşdü
Gürcüstan Parlamentinin nümayəndə heyəti Kot-d'İvuar Respublikasının Milli Assambleyasının sədri ilə görüşdü

Gürcüstan Parlamentinin nümayəndə heyəti Kot-d’İvuar Respublikasının Milli Assambleyasının sədri, Adama Biqtoqo ilə görüşdü.

Nümayəndə heyətinə rəhbərlik edən Parlamentin sədri, Şalva Papuaşvili Kot-d’İvuar tərəfindən Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyinə görə minnətdarlığını bildirdi və Gürcüstanın işğal olunmuş bölgələrində yaranmış ağır vəziyyətdən danışdı.

Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, Şalva Papuaşvili Kot-d’İvuarın son illərdə demokratik və iqtisadi inkişaf baxımından transformasiyasını xüsusi vurğuladı və Milli Assambleyanın sədrinə gələcək islahatların həyata keçirilməsində uğurlar arzuladı.

Elə onların məlumatına görə, tərəflər parlamentlərarası əlaqələrin gücləndirilməsindən danışdılar və bu istiqamətdə əməkdaşlığa hazır olduqlarını bildirdilər. Görüş Ruandada keçirilən Parlamentlərarası İttifaqın 145-ci Assambleyası çərçivəsində keçirildi.