Gürcüstan parlamentinin nümayəndə heyəti Kopenhagendə NATO Parlament Assambleyasının 68-ci sessiyasında iştirak edir
Gürcüstan parlamentinin nümayəndə heyəti Kopenhagendə NATO Parlament Assambleyasının 68-ci sessiyasında iştirak edir.
Sessiya çərçivəsində gürcü deputatlar Alyansa üzv dövlətlərin parlament nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirir. Gürcüstan qanunvericiləri artıq Britaniya, Danimarka və Norveç nümayəndə heyətləri ilə görüşüblər.
Rumıniya və Macarıstan nümayəndə heyətləri ilə də görüşlər nəzərdə tutulub.
Dünən NATO Kopenhagen Parlament Assambleyasının 69-cu sessiyası açılıb, assambleyanın beş komitəsi çərçivəsində alyansa üzv 31 ölkənin parlamentinin 274 nümayəndəsi və 25 tərəfdaş ölkənin 100-dən çox qanunvericisi Rusiyanın Ukraynaya müdaxiləsi, Vilnüs sammitinin nəticələrinin həyata keçirilməsi, Açıq Qapı Siyasəti, NATO-nun Müdafiə və Caydırıcılıq Siyasəti kimi aktual mövzuları müzakirə ediblər.
Komitələrdə digər məsələlərlə yanaşı, Gürcüstana və onun Avro-Atlantik istəklərinə istinad edən hesabatlar hazırlanıb.
Oktyabrın 9-da NATO Parlament Assambleyasının sessiyası açılacaq və burada bir neçə qətnamə layihəsi səsə qoyulacaq. Qətnamə layihələrində aspirant Gürcüstanla bağlı da qeydlər var.
Müəllif -
Mehemmed Bayramaliyev