Gürcüstan Parlamentinin nümayəndə heyəti İrlandiya Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşdü
Gürcüstan Parlamentinin nümayəndə heyəti İrlandiya Respublikasında rəsmi səfər çərçivəsində, İrlandiya Mərkəzi Seçki Komissiyasının sədri, Art Olir ilə görüşdü.
Görüş zamanı Gürcüstanda həyata keçirilən seçki islahatları və onların Avropa İttifaqının 12 tövsiyəsinin icrasına uyğunluğu müzakirə etdilər.
“İrlandiya seçki administrasiyasının sədri Gürcüstanda həyata keçirilən seçki islahatları ilə maraqlandı. O, tətbiq edilən yeniliklər baxımından ölkəmizin təcrübəsini bölüşmək arzusunda olduğunu bildirdi. Biz razılaşdıq ki, İrlandiya seçki administrasiyasının nümayəndələri bu il Gürcüstana səfər edəcəklər”, – Nikoloz Samxaradze bəyan etdi.
Gürcüstan Parlamentindən İrlandiya Respublikasına rəsmi səfərdə nümayəndə heyətinin rəhbəri, Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze, Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Komitəsinin sədri Maya Bitadze və Sektor İqtisadiyyatı və İqtisadi Siyasət Komitəsinin sədri David Sonqulaşvilidir.
Məlumatı Gürcüstan Parlamentinin mətbuat xidməti yayır.