Gürcüstan parlamentinin nümayəndə heyəti Çexiyada rəsmi səfərdədir
Gürcüstan parlamentinin nümayəndə heyəti Çexiyada rəsmi səfərdədir

Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradzenin rəhbərlik etdiyi nümayəndə heyəti Çexiyada rəsmi səfərdədir.

Səfərin ilk günü Çexiya Senatının və Deputatlar Palatasının Aİ məsələləri üzrə komitələrinin rəhbərliyi ilə görüşlər keçirilib, ikitərəfli əlaqələrin inkişafı və parlament əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə olunub.

Gürcüstan parlamentinin məlumatına görə, söhbətin əsas mövzusu regional təhlükəsizlik mühiti olub. Nümayəndə heyətinin üzvləri çexiyalı həmkarlarına Rusiyanın Abxaziya və Sxinvali bölgəsindəki ilhaq siyasəti barədə ətraflı məlumat verib, həmçinin Qara dəniz regionunda və ümumilikdə Ukraynadakı vəziyyətlə bağlı fikirlərini bölüşüblər.

Tərəflər Gürcüstanın NATO və Avropa İttifaqına inteqrasiyasını müzakirə ediblər. Biz çexiyalı həmkarlarımızla xarici siyasət prioritetləri və 2024-cü ildə Aİ-yə üzvlük üçün müraciət etmək planımızla bağlı fikirləri bölüşdük. Çexiya tərəfinin fikrincə, onlar bütün beynəlxalq forumlarda, o cümlədən Avropa İttifaqı və NATO-da Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü, eləcə də Gürcüstanın xarici siyasət prioritetlərini dəstəklədiklərini açıq və aydın şəkildə bəyan edəcəklər”, – Nikoloz Samxaradze bildirib.

Görüşdə tərəflər parlamentlərarası dostluq qruplarının fəallaşmasının və parlament səfərlərinin mübadiləsinin vacibliyini vurğulayıblar. Qeyd edildiyi kimi, tezliklə yeni seçilmiş Çexiya parlamentində Gürcüstanla dostluq qrupu yaradılacaq.

Senat sədrinin başçılıq etdiyi Çexiya parlament nümayəndə heyəti bu ilin mayında Gürcüstana səfər edəcək.

Parlament nümayəndə heyətinin tərkibinə Xarici əlaqələr komitəsinin üzvü, prosedur məsələlər və qaydalar komitəsinin sədri İrakli Kadaqişvili və Çexiya parlamenti ilə dostluq qrupunun üzvü Aleksandr Rakviaşvili daxildir.