Gürcüstan parlamentinin nümayəndə heyəti Avstriya parlamentində işgüzar görüşlər keçirib
Gürcüstan parlamentinin nümayəndə heyəti Avstriya Respublikasının parlamentində işgüzar görüşlər keçirib.
Gürcüstan parlamentinin mətbuat xidmətindən verilən məlumatda iki günlük səfər çərçivəsində nümayəndə heyətinin üzvlərinin Avstriya parlamentinin nümayəndələri ilə görüşdüyü, vətəndaş təhsili istiqaməti, tədris metodikası və infrastrukturu ilə tanış olduğu, Avstriya parlamentinin binası, müasir texnologiyalarla təchiz olunmuş yeni ziyarətçi mərkəzi, Avstriya parlamentinin kitabxanası, tarixi və yeni iclas salonuna baxış keçirdikləri deyilir.
Verilmiş məlumatda nümayəndə heyətinin Avstriya-Gürcüstan dostluq qrupunun rəhbəri Adreas Minih və nümayəndə heyətinin digər üzv deputatları ilə görüşünün baş tutduğu qeyd olunub. Səfər çərçivəsində Gürcüstan parlamentinin aparat rəhbəri Ketevan Kvinikadze və Avstriya parlamentinin aparat rəhbəri Herald Dosi gələcək əməkdaşlığın istiqamətlərini müzakirə ediblər.