Gürcüstan parlamentinin nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının prezidenti vəzifəsinə Tini Koksun namizədliyini dəstəkləyib
Gürcüstan parlamentinin nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının prezidenti vəzifəsinə Tini Koksun namizədliyini dəstəkləyib.
“Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze səsvermədən əvvəl məsələ ilə əlaqədar jurnalistlərə şərh verib.
Kobaxidzenin qeyd etdiyi kimi, Gürcüstan nümayəndə heyəti alternativ namizədi dəstəkləməyəcək və bunun konkret səbəbini göstərib.
“Biz Tini Koksun yenidən seçilməsini dəstəkləyirik. Avropa Şurasında qəbul olunmuş təcrübədir ki, konkret kvota ilə seçildikdən sonra ikinci müddətə yenidən seçilmək üçün siyasi partiyanın kvotasından istifadə edilir. Bu halda seçkilər keçirilir. Alternativ namizəd var, lakin biz mahiyyət etibarı ilə Assambleyada formalaşmış təcrübənin davam etdirilməsinin tərəfdarı olacağıq. Alternativ namizəd Ukrayna nümayəndəsi, bizim üçün qətiyyən qəbuledilməz olan dəyişikliklərin qəbulunda iştirak etmiş cənab Mereşkodur. Onun namizədliyini dəstəkləməyəcəyimizin səbəblərindən biri də budur. Biz Tini Koksun namizədliyini dəstəkləyəcəyik. Söhbət əvvəlki qətnamədə, əvvəlki sessiyada Saakaşvilinin soyadının daxil edilməsi ilə bağlı dəyişikliklərdən gedir ki, bu da bizim üçün qəti şəkildə qəbuledilməz idi” -deyə Kobaxidze açıqlayıb.
Tini Koks ikinci dəfə Avropa Şurası Parlament Assambleyasının prezidenti seçilib.