Gürcüstan Parlamentinin nümayəndə heyəti ATƏT Parlament Assambleyasının illik sessiyasında iştirak edəcək
Gürcüstan Parlamentinin nümayəndə heyəti ATƏT Parlament Assambleyasının illik sessiyasında iştirak edəcək

Gürcüstanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze və nümayəndə heyətinin üzvü, Avropaya İnteqrasiya Komitəsinin sədri Maka Boçorişvili ATƏT Parlament Assambleyasının illik sessiyasında iştirak edəcəklər.

Gürcüstan Parlamentinin məlumatına görə, sessiya çərçivəsində siyasət, təhlükəsizlik, iqtisadiyyat, ətraf mühitin mühafizəsi, elm, texnologiya, demokratiya, insan haqları və humanitar məsələlər üzrə müzakirələr aparılacaq.

Assambleya üzvləri həmçinin Ukrayna və onun ətrafında vəziyyəti və ATƏT məkanındakı digər təhlükəsizlik problemlərini müzakirə edəcəklər.

Gürcüstan Parlamentinin nümayəndə heyətinin üzvləri plenar və komitə iclaslarında iştirakla paralel olaraq ikitərəfli görüşlər keçirəcəklər.

ATƏT Parlament Assambleyasının illik sessiyası bu il 2-6 iyulda Böyük Britaniyanın Birmingem şəhərində keçiriləcək.