Gürcüstan parlamentində Türkiyədə zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Türkiyədə təbii fəlakət zamanı iki Gürcüstan vətəndaşı həlak olub, bu vaxt üçün zəlzələ nəticəsində itkin düşmüş hesab edilən Gürcüstan vətəndaşlarının hamısı tapılıb -bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili yaz sessiyasının açılışı zamanı bildirib.
Papuaşvilinin qeyd etdiyi kimi, dünən gürcü yanğınsöndürmə-xilasedici qruplar Türkiyəyə yola düşüb.
O, Gürcüstanın hər zaman dostlarının yanında olduğunu bildirib.
“Türkiyədə baş verən olduqca ağır zəlzələ nəticəsində ən azı 3 min nəfər həlak olub, 15 mindən çox insan yaralanıb. Fürsətdən istifadə edərək, faciəyə görə Gürcüstan parlamenti adından türk xalqına başsağlığı vermək istərdim. Bu faciə zamanı iki Gürcüstan vətəndaşının həlak olduğunu bilirsiniz. Bu vaxt üçün zəlzələ nəticəsində itkin düşmüş hesab edilən Gürcüstan vətəndaşlarının hamısı tapılıb. Gürcüstanın yanğınsöndürmə-xilasetmə qrupları dünən Türkiyəyə yola düşüb. Biz hər zaman dostlarımızın yanındayıq və bu halda Türkiyənin həm mənəvi, həm də əməli dəstəyimizə ehtiyacı var və dövlətimiz bunu tam şəkildə edir. Xahiş edirəm, dünyasını dəyişənləri bir dəqiqəlik sükutla yad edək”-deyə Papuaşvili açıqlayıb.