Gürcüstan parlamentində raliça II Yelizavetanın xatirəsi bir dəqiqəlik sükutla yad edildi
Gürcüstan parlamentində raliça II Yelizavetanın xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Gürcüstan Parlamentində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kraliçası II Yelizavetanın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

“Dünən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası II Yelizaveta  96 yaşında vəfat etdi. Kral ailəsinə və Böyük Britaniya xalqına başsağlığı verirəm. 70 ildən artıqdır ki, Kraliça II Yelizaveta ləyaqətlə ən yüksək kral titulu sahibi olub və çətin və çağırışlarla dolu bir dövrdə Böyük Britaniyaya müdriklik və tədbirliliklə rəhbərlik edirdi. O, azadlıqsevər xalqların, o cümlədən Gürcüstanın, mədəniyyətimizin, xalqımızın dostu və tərəfdarı idi. Bu, təkcə Britaniya xalqı üçün deyil, həm də dünya ictimaiyyəti və Gürcüstan üçün böyük itkidir. Əminəm ki, onun adı və irsi tarixin və gələcək nəsillərin yaddaşında uzun müddət qalacaqdır. Bu tarixi şəxsiyyətin xatirəsini bir dəqiqəlik sükutla yad etməyinizi xahiş edirəm”, – Gürcüstan Parlamentinin sədri, Şalva Papuaşvili Parlamentin plenar iclasında bəyan etdi.

Böyük Britaniya kraliçası, İkinci Yelizaveta Şotlandiyada 96 yaşında 8 sentyabrda vəfat etdi.