Gürcüstan parlamentində plenar iclas səs-küy fonunda keçirilir.
Hazırda plenar iclasda “Hava Məcəlləsi”nin üçüncü oxunuşunun müzakirəsi gedir, lakin “Milli Hərəkat” fraksiyasının sədri Tina Bokuçava və müxalifətçi deputat Xatuna Samnidze Milli Bank və Otar Partsxaladze haqqında sual verirdilər.
Parlamentin sədri Şalva Papuaşvili mikrofonu söndürərək onlara müzakirə olunan məsələ ilə bağlı sual vermək üçün çağırış edib.
Xatuna Samnidze ilə “Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze arasında sözlü mübahisə olub, bundan sonra Xatuna Samnidze iclası tərk edib.