Gürcüstan parlamentində Marita Meparişvilinin xatirəsi anılıb
Gürcüstan parlamentində Marita Meparişvilinin xatirəsi anılıb

 

Parlamentin plenar iclası bir dəqiqəlik sükutla başlayıb.

Deputatlar Vake parkında faciəvi şəkildə həlak olan Marita Meparişvilinin xatirəsini ehtiramla yad ediblər.

Parlamentin sədri Şalva Papuaşvili Vake parkında baş verən faciənin hər kəsi sarsıtdığını bildirib.

“Belə bir məqamda bütün həmrəylik sözləri solğunlaşır. Sizin və öz adımdan Marita Meparişvilinin ailə üzvlərinin, qohumlarının və dostlarının yaşadığı kədəri bölüşdüyümüzü ifadə etmək istəyirəm. Əminəm ki, davam edən istintaq bütün təfərrüatları müəyyənləşdirəcək, lakin təəssüf ki, bu faciəyə heç nə kömək etməyəcək, Maritanın xatirəsini bir dəqiqəlik sükutla yad edək” -deyə Şalva Papuaşvili bildirib.